AZ

Nikolas Qonsales “Yuventus”u “Atletiko”ya dəyişdi

Argentina millisinin və İtaliyanın “Yuventus” klubunun vingeri Nikolas Qonsales bundan sonra “Atletiko”nun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniya nəhəngi 27 yaşlı vingeri 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürdüyünü açıqlayıb. “Atletiko” futbolçunun bir mövsümlük icarəsi üçün “Yuventus”a 1 milyon avro ödəyib.

Nikolas Qonsales “Arxentinos Xuniors” klubunun yetirməsidir. “Ştutqart” və “Fiorentina”da da oynamış argentinalı futbolçu 2024-cü ildən “Yuventus”da çıxış edir. O, Turin klubunun heyətində 40 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

2019-cu ildə Argentina yığmasında debüt etmiş Qonsales, millinin heyətində meydana çıxdığı 43 oyunda 6 qola imza atıb, 3 məhsular ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı vingerin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
116
arena.az

1Mənbələr