AZ

Prospektdə “Opel” və “Shacman” toqquşdu, yolda sıxlıq yarandı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Babək prospektində yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 2-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil, “Shacman” markalı yük maşınıyla toqquşub. İddialara əsasən, qəzaya səbəb manevr qaydasının pozulması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdəm xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzadan sonra yolda sıxlıq yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma davam edir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
avtosfer.az

1Mənbələr