AZ

Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinin qubernatoru istefa verdi

TBİLİSİ, 3 sentyabr. TELEQRAF

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsinin qubernatoru Levan Xarabadze vəzifəsini tərk edib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

L.Xarabadzenin Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri Mamuka Mdinaradzenin müavini vəzifəsinə təyin olunacağı bildirilib.

Qeyd edək ki, L.Xarabadze bu ilin mayın 6-da Kvemo Kartlinin qubernatoru vəzifəsinə təyinat alıb. O, bundan öncə Şida Kartli bölgəsinin qubernatoru olub, daha əvəllər isə müxtəlif bölgələrin polis departamentlərində rəhbər vəzifələrdə çalışıb.

Seçilən
134
1
teleqraf.com

2Mənbələr