AZ

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Bakı. Trend:

Böyük Britaniya hökuməti ukraynalı uşaqların məcburideportasiyasında iştirak edən 11 rusiyalı fiziki və hüquqi şəxsəqarşı yeni sanksiyalar paketi elan edib.

Trend“Reuters”ə istinadən xəbər verir ki, hökumətin rəsmi saytındayayılan açıqlamada Rusiya dövlətinə bağlı 8 nəfər və 3 təşkilatasanksiyalar tətbiq edildiyi bildirilib.

“Rusiyanın ukraynalı uşaqları deportasiya etmək, beyinləriniyumaq və militarizasiya siyasətini həyata keçirən şəxslər bu günBöyük Britaniya tərəfindən sanksiyalara məruz qalıblar. BunlaraRusiya dövlətinə bağlı səkkiz nəfər və üç təşkilat daxildir”, -deyə məlumatda qeyd olunub.

Yeni sanksiyalar Ukrayna mədəniyyətini silmək məqsədini güdənsiyasəti dəstəkləyən və həyata keçirən şəxsləri hədəfə alır.Onların sırasında Ukrayna uşaqları və yeniyetmələri üçün yenidəntərbiyə proqramları təşkil edən, hərbi yönümlü təlimlər keçirən“Əhməd Kadırov Fondu”da var. Fondun prezidenti və Çeçenistanrəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova da sanksiyasiyahısına salınıb.

Böyük Britaniya hökumətinin açıqlamasında qeyd olunub ki, buaddım hərbi kəşfiyyatın təqdim etdiyi sübutlar fonunda atılıb:“Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəuzunmüddətli ruslaşdırma siyasəti həyata keçirir, Ukraynamədəniyyətini, kimliyini və dövlətçiliyini məhv etməyəçalışır”.

BMT-nin hesabatlarına əsasən, Rusiya işğal altındakı ərazilərdəməktəblərdə rus tədris proqramı tətbiq edir və uşaqları hərbixidmətə hazırlayan məşğələlər həyata keçirir.

Seçilən
57
12
az.trend.az

10Mənbələr