AZ

Donnarumma “Mançester Siti”yə keçidindən danışdı

style='margin-bottom:10px;'>

İtaliya millisinin qapıçısı Cianluici Donnarumma PSJ-dən “Mançester Siti”yə transferini şərh edib.

QOL.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, o deyib: 

"Həmişə çox çalışmışam və “Mançester Siti”yə keçmək üçün səbirsiz idim. Çünki bu klub məni həqiqətən istəyirdi, baş məşqçi məni komandada gözləyirdi. Bu, qürurvericidir. Dünyanın ən güclü klubu səninlə əməkdaşlıq etmək istəyirsə, bu insana həm qürur, həm də xoşbəxtlik gətirir".

Qeyd edək ki, Donnarumma ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 47 oyunda meydana çıxıb, onların 17-də qapısını toxunulmaz saxlayıb.

Seçilən
85
teleqraf.com

1Mənbələr