Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Mark Ryutte açıqlama verib. Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin uçduğu təyyarədə Bolqarıstan hava məkanında GPS naviqasiya sistemində yaranmış problemlər də məhz bunun göstəricisidir.
"Bütün qitə rusların birbaşa təhdidi altındadır", - deyə Ryutte Euronews-a bildirib.
"Hazırda hamımız şərq cinahındayıq - fərqi yoxdur Londonda, ya da Tallində yaşayırsınız. Biz buna qarşı durmaq, bunun təkrarlanmasının qarşısını almaq üçün gecə-gündüz çalışırıq. Bu, ciddi insidentlərdir və çox böyük təsirə malikdir", - NATO baş katibi vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31