“Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Höccət Haqverdi “kimyaçılar”la razılıq əldə edib. Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib.
Haqverdi artıq klubun düşərgəsindədir.
Klub 32 yaşlı müdafiəçinin keçidini yaxın zamanda açıqlayacaq.
Qeyd edək ki, Höccət Haqverdi son olaraq “Neftçi”nin heyətində çıxış edib.