AZ

"Sumqayıt" millinin sabiq üzvünü heyətinə qatdı

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Operativ Media xəbər verir ki, "kimyaçılar" ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli müdafiəçi "Sumqayıt"da "3" nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, 2020/21 mövsümündə komandamızla bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm "Sumqayıt" FK-nın şərəfini qoruyub. Komandamızın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
33
1
operativmedia.az

10Mənbələr