AZ

7 il əvvəl itkin düşən ərini görün, harada tapdı - Bu ölkədə şok

Hindistanın Murarnagar kəndində yaşayan Şilu adlı qadın illərdir itkin düşən həyat yoldaşını sosial şəbəkə vasitəsilə tapıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Şilu 2017-ci ilin aprelində Jitendra Kumarla evlənib. Lakin toydan bir neçə ay sonra, qadın hamilə ikən həyat yoldaşı qəfildən yoxa çıxıb.

Qohumlar Şilunu ərini öldürməkdə ittiham ediblər və o, 7 il ərzində oğlunu təkbaşına böyütməyə məcbur olub. 2025-ci ildə isə qadın təsadüfən sosial şəbəkədə ərinin Ludhianada başqa bir qadınla xoşbəxt şəkildə rəqs etdiyi 30 saniyəlik videoya rast gəlib. 

Araşdırmalardan sonra polis kişinin sağ olduğunu və ikinci dəfə evləndiyini təsdiqləyib.

Hadisə ictimaiyyətdə böyük rezonans doğurub. Video yayıldıqdan sonra Şilu polisə rəsmi şikayət edib.


Seçilən
82
1
news24.az

2Mənbələr