AZ

Azərbaycanın 13 gənc cüdoçusu Avropa çempionatında mübarizə aparacaq

Sentyabrın 3-də Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Qitə birinciliyində Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq. Yarışda 43 ölkədən 367 idmançı (202 oğlan, 165 qız) iştirak edəcək.

Yarışın təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 12:00-dan, final blokunu isə 17:30-dan etibarən canlı olaraq JudoTV.com saytından izləyə bilərsiniz.

Oğlanlar

-60 kq, 1/8 final

Nihad Məmişov – Qor Safaryan (Ermənistan) / Asxab İsayev (Belçika) cütünün qalibi ilə 

Fərid Qarayev – Luka Kabesana (Almaniya) / Ferents Fedora (Macarıstan) cütünün qalibi ilə

-66 kq, 1/16 final 

Məhəmməd Musayev – Edvard Yakimov (Estoniya)

Nizami İmranov – Yakub Kurovski (Polşa) / Yuray Odkladal (Slovakiya) cütünün qalibi ilə 

-73 kq, 1/16 final 

Əbil Yusubov – Georqios Kotsaxristos (Yunanıstan)

-81 kq, 1/16 final 

Süleyman Şükürov – Duşan Qraxovac (Serbiya)

-90 kq, 1/16 final 

Aslan Kotsoyev – Levente Kiss (Macarıstan) 

-100 kq, 1/16 final 

Davud Namazlı – İvan Titinkin (IJF) 

+100 kq, 1/8 final 

Ramazan Əhmədov – Yannis Antoniu (Kipr) 

Qızlar

-48 kq, 1/16 final 

Fəridə Mirzəyeva – Viktoriya Slaşok (Polşa) 

-52 kq, 1/16 final 

Xədicə Qədəşova – Nino Tatrişvili (Gürcüstan) 

Aydan Vəliyeva – Klara Erten (Almaniya) 

+78 kq, 1/8 final 

Nigar Süleymanova – Emma-Melis Aktaş (Estoniya)

Qarışıq komanda yarışı

1/4 final 

Azərbaycan – Yunanıstan / İsveçrə cütünün qalibi ilə

Seçilən
47
1
operativmedia.az

6Mənbələr