AZ

Moskvada benzin qıtlığı - Bir həftəlik ehtiyat qalıb

Rusiyanın Moskva vilayətində Aİ-95 markalı benzin yoxa çıxmağa başlayıb.

News24.az  xəbər verir ki, bu barədə “Moskva 24” saytı məlumat yayıb.

"Rusiyanın digər regionlarından sonra Moskva vilayətində Aİ-95 markalı benzin yoxa çıxmağa başlayıb. Avqustun ortalarında bir neçə regionda bu markalı benzin qıtlığı yaranmağa başlayıb", - sayt yazır.

KİV-in məlumatına görə, Krım və Transbaykaliyada yanacaqdoldurma məntəqələrində yanacaq praktiki olaraq yoxa çıxıb .

Regional hökumət yanacaq çatışmazlığını dənizə istirahətə gedən turistlərin yaratdığı tələbatın artması ilə izah edib. Hakimiyyət iddia edir ki, bölgədəki bütün neft anbarlarında 4-7 günlük yanacaq ehtiyatı var. Rəsmilərin dediyinə görə, əsas problem benzinin yanacaqdoldurma məntəqələrinə çatdırılmasıdır.


Seçilən
112
3
news24.az

4Mənbələr