AZ

“Neftçi” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verdi

BAKI, 3 sentyabr. TELEQRAF

“Neftçi” AFFA-nın İntizam Komitəsinin bugünkü iclasının İqor Ribeyro ilə bağlı qərarından apellyasiya şikayəti verib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” futbolçunun 3 oyun cəzalandırılıb, klubun isə 3000 manat cərimə edilməsi qərarı ilə razı deyil.

Xatırladaq ki, İqor Ribeyro Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.

Seçilən
12
3
teleqraf.com

5Mənbələr