Sükan arxasında sürücü olmasa da, avtomobil 94 km saatla hərəkətdədir...
Xezerxeber.az xəbər verir ki, oxşar görüntülərə əsasən "Tiktok" sosial şəbəsəkəsində tez-tez rast gəlmək olur. Əsasən yeni nəsil çin avtomobilləri və eloktromobillər sürücü sükan arxasında olmasa belə, kənardan verilən göstərişlər daxilində hərəkət edə bilir. Maraqlıdır, bəs həmin avtomobillərin yollarda bu cür hərəkəti qanunla necə tənzimlənir?
Nəliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, belə hallar zamanı avtomobilin hərəkət sensorlarında problem yarandığından qəza qaçılmaz ola bilər.
Ekspert bildirib ki, sözügedən avtomobillərin sürücüsüz idarə edilməsinin təhlükəsizliyi ölkəmizdə də təsdiq edilərsə, qanunla icazəsi də tənzimlənə bilər.
Mövzu ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən mövqe bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.