İsrail Müdafiə Qüvvələri Livanda Hizbullaha məxsus olduğu bildirilən obyektə hava zərbəsi endirib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb.
Məlumata görə, həmin müəssisə qruplaşmanın infrastrukturunu bərpa etmək və hücumlar hazırlamaq üçün avadanlıq istehsalında istifadə olunurdu.
İsrail tərəfi milli təhlükəsizliyə təhdidlərin aradan qaldırılması istiqamətində əməliyyatların davam etdiriləcəyini bəyan edib.