AZ

ChatGPT bu ölkələrdə çökdü

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"OpenAI" şirkətinin hazırladığı məşhur süni intellekt çatbotu "ChatGPT"nin fəaliyyətində qlobal səviyyədə nasazlıqlar müşahidə olunub.

Milli.Az xəbər verir ki, nasazlıqlar bir çox ölkələri əhatə edib. Ən çox şikayət Niderland istifadəçiləri tərəfindən qeydə alınıb,  2.700-dən artıq insan platformadan istifadə zamanı problemlərlə üzləşdiyini bildirib.

İstifadəçilərin böyük əksəriyyəti çatbotun cavab verməsində fasilələrin yarandığını qeyd edib. Digər hissəsi saytın yüklənməsində çətinlik yaşadığını, bir qismi isə ümumiyyətlə sistemə daxil ola bilmədiyini vurğulayıb.

Problem təkcə Niderlandla məhdudlaşmayıb. Böyük Britaniya, ABŞ, Almaniya, Yaponiya, İtaliya və başqa ölkələrdə də bənzər şikayətlər qeydə alınıb.

Hazırda problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, texniki komandanın məsələni araşdırdığı bildirilir.

Asya

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
94
9
news.milli.az

10Mənbələr