AZ

Kremldən Trampı sarsıdan qərar: Putinlə bağlı elə detallar üzə çıxacaq ki...

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı yaxın vaxtlarda yeni proseslərin baş verəcəyini açıqlayıb.

“Mən çox maraqlı şeylər öyrəndim. Düşünürəm ki, yaxın bir neçə gündə siz də bunları öyrənəcəksiniz”, – Tramp bildirib.

Qeyd edək ki, adətən Trampın bu tip proqnozları sonradan özünü doğruldur.

O, nəyi nəzərdə tutur? Ukrayna məsələsində hansı yeniliklər gözlənilir?

Həmçinin oxuyun:

Ordu Rusiyanın “qapısında”: iki lider razılaşdı – Böyük müharibə anonsu

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, Trampın son açıqlaması dünya ictimaiyyətində maraq doğurub:

“Son günlər Ağ Ev rəhbərinin Moskvadan uzaqlaşmağa başladığını müşahidə edirik. Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərində müəyyən ziddiyyətlərin yarandığı da açıq görünür. Böyük ehtimalla, Tramp Rusiya ilə bağlı bəzi məqamları, xüsusilə Putin haqda müəyyən detalları üzə çıxarmağa hazırlaşır. Eyni zamanda, Ukraynada baş verən hadisələrin arxasında fərqli səbəblərin dayandığını bəyan edə bilər.

Əli Mustafayev

Tramp əvvəllər Rusiya ilə münasibətləri qaydaya salmağa, eyni zamanda bu ölkənin Çinlə yaxınlaşmasının qarşısını almağa çalışırdı. Lakin son dövrlərdə Moskva ilə Pekin arasında münasibətlərin daha da dərinləşdiyi danılmazdır. Eyni zamanda Monqolustan ərazisindən keçməklə Rusiyaya qaz xəttinin çəkilməsinə dair razılaşmanın imzalanması Tramp üçün məyusedici hadisə oldu. Görünür, indi o, bu vəziyyəti dəyişmək üçün müəyyən addımlar atmaq istəyir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
globalinfo.az

1Mənbələr