AZ

Ərdoğan Netanyahunu "kafir" adlandırıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu "kafir" adlandırıb.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu ifadəni Beştepe Mədəniyyət Mərkəzində çıxışı zamanı səsləndirib.

“Biz dünyadakı bütün müsəlmanlara dərin məhəbbət bəsləyirik. Bu səbəbdən Fələstində baş verənlərə və Netanyahu adlanan kafirin zülmünə əsla biganə qala bilmərik” – deyə, Türkiyə prezidenti vurğulayıb.

Digər tərəfdən, İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzza zolağında “Gideon arabaları” adlı əməliyyatın ikinci mərhələsinə start verildiyini bəyan edib.

Hazırda Qəzza zolağında vəziyyət son dərəcə gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir, bölgədə humanitar böhran isə getdikcə daha da dərinləşir.

Seçilən
0
turkic.world

1Mənbələr