AZ

Plastik əməliyyat kişi üçün deyil

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Heç vaxt plastik əməliyyat etdirməyi düşünməmişəm. Çünki məni Allah yaradıb, onun işinə barmaq etmiş olaram. Allahın rəsm əsərini mən poza bilmərəm. Bunu köhnə kişilər belə fikirləşir, biz də onlar kimi düşünürük".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı İntiqam Rüstəmov "Xəzər axşamı" verilişində deyib. O, gözəl görünmək üçün plastik əməliyyat etdirən kişilərə yarımçıq baxdığını bildirib:

"Ola bilər ki, burun çəpəri sınar, dodaq partlayar, üzə çapıq düşər və əməliyyat etməyə məcbur olarsan. Yoxsa ki, özünü gözəl göstərmək üçün bəzi kişilər üzünü dartdırır, botoks etdirir, dodaqlarını doldururlar. Olmaz, bu kişi üçün deyil axı. Biz azərbaycanlıyıq. Heç kimin xətrinə dəyməsin, mən elə kişilərə yarımçıq baxıram. Elələri ilə əllə görüşə bilərəm, öpüşüb-görüşmürəm. Kim məni necə istəyir elə də başa düşsün, həyat məni necə aparırsa, elə də gedirəm".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
axsam.az

1Mənbələr