Bakı Zooloji Parkında maraqlı anlar yaşanıb.
Parkda saxlanılan ayılar arasında dava düşüb. Hadisəni izləyən ziyarətçilər isə həmin anları mobil telefonlarına çəkiblər.
Görüntülərdə ayıların bir-birinə hücum etməsi və səs-küy salması əks olunub. Hadisə qısa müddət davam etsə də, zooloji park əməkdaşları müdaxilə edərək vəziyyəti nəzarətə alıblar.
Şahidlərin sözlərinə görə, dava zamanı ziyarətçilər müəyyən qədər təşviş keçiriblər. Hadisə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub./Milli.az
Tarix: 3 Sentyabr 2025, 21:31