Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İlin əvvəlində Rusiyanın Ukraynadakı yay hücumunun bütün müharibənin həlledici döyüşü olacağı barədə şayiələr var idi. Çoxları Ukraynanın artıq çökməyə yaxın olduğuna inanırdılar. Amma hadisələrin gedişi Putin Rusiyasının ümidlərini doğrultmadı…
“AzPolitika” xəbər verir ki, “Atlantic Council”-də bu mövzuyla bağlı yazıda qeyd edildiyi kimi, hətta o zaman Vladimir Putinin özü də bəyan etmişdi ki, Ukrayna qoşunlarını “bizim bitirə biləcəyimizə inanmaq üçün əsas var”.
Yazıda deyilir: "Görünürdü ki, Rusiya nəhayət Ukraynanın inadkar müqavimətini qırıb müharibədə qalib gəlmək üçün hər şeyə hazır idi. Lakin artıq sentyabr başlayır və Putinin genişmiqyaslı yay hücumunun uğursuzluğa düçar olduğu tamamilə aydın görünür".
Müşahidəçilər qeyd ediblər ki, Rusiya ordusu cəbhə xəttini yara və ya Ukraynanın bircə böyük şəhərini belə ələ keçirə bilməyib. Rusiyanın üç yay ayı ərzində böyük itkilər hesabına ümumi irəliləyişi isə Ukrayna ərazisinin cəmi 0,3%-ini təşkil edib: "Qeyd etmək vacibdir ki, Pokrovsk kimi əsas strateji hədəflər Ukraynanın əlində qalır. Üstəlik, Kremlin müharibəni Sumı və Xarkov vilayətlərinə qədər genişləndirmək kimi iddialı planları da iflasa uğrayıb. İyunda başlayan yay hücumunun ilk həftələrində özünə güvənən Putin inamla bəyan etdi ki, "bütün Ukrayna bizimdir" və Sumını ələ keçirməklə hədələdi. Lakin yay bitir və onun qoşunları bir sıra hərbi uğursuzluqlardan sonra geri çəkilərkən bir neçə sərhəd kəndlərində sıxışıb qalıblar”.

Nəşr vurğulayır ki, Putinin yay hücumunun uğursuzluğu Rusiyanın Ukraynada qaçılmaz qələbəsi ilə bağlı mifi dağıdır: “Ukraynadakı müharibə haqqında beynəlxalq təsəvvür çox uzun müddətdir ki, Rusiyanın hərbi qüdrətinə dair şişirdilmiş anlayışlarla təhrif edilib”.
Nəşr qeyd edib ki, bu səhv anlayış vəziyyət hətta ABŞ Prezidenti Donald Trampın Ukraynanı tənqid etməsinə səbəb olub. O, Ukraynanın özünü daha böyük təcavüzkardan müdafiə etməyə cəsarət etməsindən çaşqınlıq hissi keçirib, eyni zamanda bəyan edib ki, “Rusiya müharibələr aparmağa və müharibələrdə qalib gəlməyə vərdiş edib”.
Ən əsası isə “Atlantic Council”-in də yazdığı kimi, Putinin bu müharibədəki ən böyük “uğuru” Qərb liderlərini qorxutmağı bacarmasıdır. Onun ordusu isə əslində, gözləntilərdən çox aşağı nəticə göstərməkdədir.
Müşahidəçilər qeyd edirlər ki, Putinin bütün Avropa ordularını sayca üstələyən və çoxlu sayda PUA, raketlər və təyyarələrlə dəstəklənən hərbi maşınının, eləcə də Avropa paytaxtlarının əksəriyyətində olmayan amansız siyasi iradənin yaratdığı təhlükəni qiymətləndirməmək axmaqlıq olardı. Lakin buna baxmayaraq, Rusiyanın Ukraynada qələbəsi qətiyyən qaçılmaz deyil.
Nəşr qeyd edib ki, Rusiyanın yay hücumunun baha başa gəlməsi Putinin Ukraynaya qarşı müharibəsinin plana uyğun getmədiyinə növbəti açıq siqnaldır. Bununla belə, Kreml başçısı heç bir güzəşt əlaməti göstərməməklə yenə “blef edərək” istədiyinə nail ola biləcəyini düşünür.Lakin onun ordusu hamıya yeritmək istədiyilə müqayisədə daha zəifdir:
“Əgər ukraynalılar müttəfiqlərindən lazımi dəstəyi alsalar, son dəlillər göstərir ki, onlar döyüş meydanında vəziyyəti öz xeyrinə çevirmək və Putini danışıqlar masasına oturtmaq iqtidarındadırlar”, - deyə, yazıda qeyd olunur.
C.Məmmədli
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.