ain.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə danışıq aparacağını açıqlayıb.
"Report"un xəbərinə görə, bunu Tramp Ağ Evdə Polşa Prezidenti Karol Navrotski ilə görüşü zamanı deyib.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyəti tənzimləmək məqədilə Rusiyaya təsir etmək üçün heç bir tədbir görməməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.
Belə ki, Tramp təfərrüatlara varmadan Rusiyanın Ukrayna ilə bağlı addımlarından narazı qalacağı təqdirdə ABŞ-nin hərəkətə keçəcəyini və tədbirlər görəcəyini bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.