AZ

Keçmiş prezident köhnə sənətinə qayıdır

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Polşanın keçmiş prezidenti Anjey Duda jurnalist olmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Kanal Zero internet kanalının yaradıcısı Kşiştof Stanovski məlumat verib.

Stanovski yazıb: "Özünü gizlətmədən məmnunluq hissi ilə elan edə bilərəm ki, Kanał Zero-nun yeni müəllifi var. Anjey Duda 16 aktual mövzuda 16 epizod yazacaq".

Onun sözlərinə görə, keçmiş Polşa liderinin müəllifi olduğu epizodlarda “onlarla həmsöhbətlər və situasiyalar, xatirələr və aktual problemlərə baxışlar əks olunacaq”.

"Kanał Zero" YouTube video xidmətində yayımlanır. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
unikal.az

2Mənbələr