Ərazidəki tullantılar günlərdir daşınmır...
Xezerxeber.az xəbər verir ki, söhbət Abşeronun Görədil qəsəbəsindən gedir. Sakinlərin sözlərinə görə, buradakı tullantılar gec-gec daşındığı üçün anti-sanitar vəziyyət yaranır, ətrafı üfunət bürüyür. Aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həll edilmir.
Çəkiliş getdiyi vaxtda aidiyyəti qurumun əməkdaşları və texnika əraziyə cəlb olundu. Qısa müddətdə ərazidəki tullantılar yığışdırıldı. Əməkdaşlar müsahibə vermək istəməsələr də, bildirdilər ki, ərazi mütəmadi olaraq təmizlənir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.