AZ

Fermerlər qarğıdalı biçinini niyə dayandırıblar?VİDEO

Zaqatala, Qax və Balakəndən olan fermerlər qarğıdalı biçinini dayandırıblar. Onlar satış qiymətinin aşağı olmasından narazıdırlar.

Xezerxeber.az xəbər verir ki, fermerlərin sözlərinə görə, ötən il sahədən qarğıdalının kiloqramı 32-33 qəpiyə təhvil verildiyi halda, bu il qiymət qarğıdalı zavoda təhvil verilməklə 28-30 qəpik müəyyən olunub. Onların fikrincə, çəkilən xərclər bu qiymətlə ödənmir və fermerlərə qazanc qalmır.

Qarğıdalı məhsulu bölgədə əsasən Oğuz rayonunda yerləşən zavoda təhvil verilir. Qiymətləri də məhz həmin müəssisə tənzimləyir. Fermerlər bildirirlər

ki, qiymət artımı olmadığı təqdirdə, gələn il qarğıdalı əkininə maraq azalacaq.

Fermerlərin narazılığı ilə bağlı zavodun nümayəndəsi Murad İbrahimli ilə görüş keçirilib.

Müəssisə rəsmisi etirazları dinləyib və qiymətlərə yenidən baxılacağını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
156
xezerxeber.az

1Mənbələr