AZ

15 dəqiqəyə lüks yaxta niyə batdı?

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin Zonquldak vilayətində Ereğli rayonunun sahilində inşa edilən 40 milyon lirə (təxminən 1 milyon 700 min manat) qiymətində lüks yaxta suya endirildikdən qısa müddət sonra batıb.

Milli.Az xəbər verir ki, beş aylıq inşadan sonra sahibinə təhvil verilən yaxta suya endirildikdən cəmi 15 dəqiqə sonra sahildən təxminən 200 metr aralıda batıb.

Hadisə zamanı yaxtanın sahibi, kapitan və iki heyət üzvü üzərək sahilə çıxmağı bacarıblar. İlkin ehtimallara görə, batma mühəndislikdə olan qüsur səbəbindən baş verib.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Asya

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
news.milli.az

3Mənbələr