AZ

“Qarabağ”ın rəqibi hücumçusunu satdı

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayaks” hücumçusu Brayan Brobbini satıb.

İdmanxeber.az xəbər verir ki, 23 yaşlı forvard İngiltərənin “Sanderlend” klubuna 20 milyon avroya transfer olunub.

Brobbinin Amsterdam təmsilçisi ilə 2027-yə qədər müqaviləsi var idi. O, “Ayaks”da 163 oyunda 56 qol vurub.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” görüşü dekabrın 10-da Bakıda keçiriləcək.

Seçilən
11
idmanxeber.az

1Mənbələr