AZ

Azərbaycan Milli Kitabxanasına Mərakeş mədəniyyətini əks etdirən kitablar təqdim ediləcək

Azertag saytına istinadən ain.az xəbər verir.

Qahirə, 3 sentyabr, AZƏRTAC

Azərbaycana səfərim zamanı ölkəmin mədəniyyətini əks etdirən kitablar və digər nəşrlər Azərbaycan Milli Kitabxanasına təqdim ediləcək. Həmçinin, kitabxana fondunda Azərbaycanla bağlı müxtəlif kitabların və digər nəşrlərin sayının artırılması məqsədilə əməkdaşlığa hazırıq.

AZƏRTAC xəbər verir ki, bunu Mərakeş Milli Kitabxanasının direktoru xanım Samira əl-Malizi Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədovla görüşündə deyib.

Direktor, həmçinin cari ilin oktyabrın 1-dən 7-dək Bakıda keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab sərgisinə dəvətə görə minnətdarlığını bildirib. Eyni zamanda, Azərbaycan nümayəndə heyətini növbəti Rabat Beynəlxalq Kitab Sərgisində görmək istədiklərini ifadə edib.

Görüş zamanı Azərbaycanla Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı yolları da müzakirə edilib. Bu kontekstdə nümayəndə heyətlərinin səfərlərinin iki ölkənin mədəniyyət müəssisələri arasında əlaqələrə töhfə verəcəyinə inam ifadə olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
azertag.az

1Mənbələr