AZ

Yeni transfer “Qarabağ”la oyunu buraxacaq

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın “Atletik” klubu yeni transferi Aymerik Laportu turnir üçün qeydiyyatdan keçirə bilməyib.

Futbolpress.az xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan transfer olunmasına baxmayaraq, sənədlərinin vaxtında müvafiq orqanlara çatdırılmaması olub.

Nəticədə FIFA futbolçunun qeydiyyatını rədd edib. Qeydiyyat prosesi qısa müddətdə tamamlanmazsa, Laportla bağlanmış müqavilə qüvvədən düşəcək.

Qeyd edək ki, “Qarabağ” “Atletik”lə Çempionlar Liqasının III turunda İspaniyada qarşılaşacaq. Matç Bakı vaxtı ilə 20:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
futbolpress.az

1Mənbələr