AZ

Masazır qəsəbəsini birləşdirən dairədə yaranan xaotik VƏZİYYƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Necə olmalıdır?" rubrikasında bu dəfə Xırdalan şəhəri ilə Masazır qəsəbəsini birləşdirən dairədə yaranan xaotik vəziyyət barədə məlumat verilib.
Bildirilib ki, Masazır qəsəbəsindən dairəyə daxil olanlar üçün üstünlük nişanı yoxdur, amma sürücülər özlərini dairədəki kimi aparırlar. İrəlidə dairənin mövcudluğunu bildirən nişan yalnız Sumqayıt istiqamətindən gələnlər üçün qoyulub.
Nişanın olmaması səbəbindən Masazır tərəfdən gələnlər sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidirlər. Digər tərəfdən paytaxt Bakı istiqamətindən gələn avtomobillərin çoxluğu vəziyyəti daha da gərginləşdirir. Bəzi hallarda sıxlıq sürücülərin öz hərəkətlərindən qaynaqlanır.
Məsələn, Masazır istiqamətinə hərəkət etmək istəyənlər üçün işıqforun əlavə bölməsində yaşıl işıq daim yanır. Lakin yolun hərəkət intensivliyi səbəbindən keçid xeyli çətinləşir. Bununla yanaşı, piyadaların da bu ərazidən yolu keçməsi təhlükəni artırır. Çünki burada nə piyada keçidini bildirən yol nişanı var, nə də nişanlanma xətləri düzgündür.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
7
oxu.az

1Mənbələr