ABŞ dövlət katibi Marko Rubio Karib dənizində Venesuela narkotacirlərinə məxsus gəminin məhv edilməsini şərh edərək bəyan edib ki, Vaşinqton yaxın günlərdə “narkoterrorçu təşkilatlara” qarşı genişmiqyaslı müharibəyə başlayacaq.
Editor.az xəbər verir ki, Rubio qeyd edib ki, narkokartellərin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi üçün birbaşa təhdid yaradır və buna görə də onlara qarşı sərt tədbirlər görüləcək.
ABŞ Prezidenti Donald Tramp isə sosial şəbəkə Truth Social üzərindən açıqlama yayaraq bildirib ki, Amerika hərbçiləri beynəlxalq sularda Venesuelanın məşhur Tren de Aragua narkokartelinin 11 üzvünü məhv ediblər.
Dövlət başçısı əlavə edib ki, bu əməliyyat ABŞ-ın Latın Amerikasında narkotik qaçaqmalçılığı ilə mübarizədə “yeni mərhələnin başlanğıcı” olacaq.
//Samir Qurbanov, Editor.az