AZ

Cəlilabadda toy günü evdə yanğın baş verdi

Cəlilabad rayonunda yaşayış evində yanğın başlayıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə Sərhədabad kəndində qeydə alınıb.

Hadisə yerinə FHN-in Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 texnikası və 13 nəfər canlı qüvvəsi cəlb olunub.

Yanğının baş verdiyi ev sahibinin övladının bu gün şadlıq saraylarının birində toy mərasimi keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
5
konkret.az

6Mənbələr