AZ

Qazaxıstan tıxaclara görə yeni iş qrafikinə keçir



Qazaxıstan yeni iş qrafikinə keçir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Astanada bir sıra təşkilatlar sentyabrın 15-dən yeni iş qrafiki ilə işləyəcək. Bu qərar nəqliyyat sıxlığını azaltmaq məqsədilə qəbul edilib.

Dəyişikliklər şəhərin mərkəzində yerləşən dövlət və yarımdövlət strukturlarına şamil ediləcək.

Müvafiq olaraq, sentyabrın 15-dən şəhərin kommunal xidmətlərinin iş günü səhər saat 7:30-da, Astana administrasiyasının işi saat 7:30-da, bəzi dövlət qurumları və yarımdövlət şirkətləri isə saat 7:30-8:00-da başlayacaq. İş saatlarının bitmə vaxtı da müvafiq olaraq dəyişdiriləcək.

Anar Əliyev
Seçilən
44
1
newscenter.az

2Mənbələr