Sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan oyunundan əvvəl meydan sahibi komandanın sabiq futbolçusu Birkir Byarnasonla vidalaşma mərasimi baş tutacaq

Offsideplus.az xəbər verir ki, islandiyalı futbolçu bir müddət əvvəl karyerasını bitirdiyini açıqlamışdı. Matç başlamazdan əvvəl isinmə hərəkətlərindən sonra azarkeşlər sabiq futbolçu ilə görüşüb, ona təşəkkür edə biləcək. 

Qeyd edək ki, B.Byarnason İslandiya milli komandasında ən çox forma geyinmiş futbolçudur. O, 113 matça 15 qol vurub, 2018-ci ildə yığma ilə dünya çempionatında forma geyinib.