Biləsuvarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub...
"Report"un Muğan bürosunun məlumatına görə, onlar Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakinləri; - 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğludur.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Biləsuvarda iki minik və bir yük avtomobili toqquşub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.
İki minik və bir yük avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya hospitalizasiya olunub.
Yaralananların Cəlilabad rayon sakinləri olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info