Fode Ballo-Ture “Mets”in oyunçusu olub.
Sportal.az xəbər verir ki, Fransa klubu sabiq “Milan” müdafiəçisi ilə müqavilə imzaladığını açıqlayıb. 29 yaşlı futbolçu azad agent statusunda idi. Razılaşma 1 illikdir və əlavə olaraq daha bir il uzadılma opsiyası nəzərdə tutulub.
Qeyd edək ki, Ballo-Ture ötən mövsümün ikinci yarısını icarə əsasında “Havr”da keçirib və Liqa 1-də 10 oyunda iştirak edib.
saytlarin hazirlanmasi