Türkiyənin Fövqəladə Halların Qarşısının Alınması və Aradan Qaldırılması İdarəsi (AFAD) Əfqanistanın şərqində baş verən zəlzələdən zərərçəkənlər üçün təxminən 25 ton humanitar yardım çatdırıb.
Editor.az xəbər verir ki, Avqustun 31-nə keçən gecə Əfqanistanın Kunər vilayətində 6 bal gücündə zəlzələ qeydə alınıb. Təbiət hadisəsindən sonra ölkə rəhbərliyi Türkiyəyə yardım müraciəti ünvanlayıb.
Göndərilən yardımlar zərərçəkmiş ailələrin zəruri tələbatlarını ödəmək üçün nəzərdə tutulub.
//Samir Qurbanov, Editor.az