Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" Rumıniya futbolunun əfsanəsi Georgi Hacinin oğlu Yanis Hacini heyətinə qatmağa hazırlaşır.
"Qalatasaray"ın əfsanəvi rumın ulduzunun oğlu Yanis Haci Türkiyənin "Karagümrük" və İspaniyanın "Elçe" klublarından daha yaxşı təklif verən Aralıq dənizi klubuna keçməyə razılaşıb.
Narıncı-yaşıllar bir müddət əvvəl Şotlandiya nəhəngi "Qlazqo Reyncers"dən ayrılan 26 yaşlı 10 nömrəli futbolçu ilə razılığa gəlib. Rumıniyalı 10 nömrəli futbolçu “Reyncers”in heyətində 130 oyuna çıxıb, 20 qol vurub və 28 məhsuldar ötürmə verib. Ötən mövsüm o, Şotlandiya klubunun heyətində 32 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə verib.