AZ

“Alkaras möhtəşəm oyunçudur, amma Novak favoritdir”

Beşqat Böyük Dəbilqə qalibi ispan tennisçisi Karlos Alkarasın məşqçisi Xuan-Karlos Ferrero 2025-ci il ABŞ Açıq turnirinin yarımfinalında Alkarasın 24 dəfə Böyük Dəbilqə qalibi serbiyalı Novak Cokoviçlə qarşılaşması barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, "Tennis365" Ferreronun dediklərini belə çatdırıb.

“Karlos möhtəşəm oynayır, çox inamlıdır, amma onun favorit olduğunu deməyə cəsarət etmirəm. Novak tam gücü ilə mübarizə aparacaq, oyun çox çətin olacaq.

Avstraliya Açıq turnirində baş verənlər ağır oldu, çünki hər şeyin belə alınması ağrılı idi. Amma burada şərait fərqli olacaq. Orada biz axşam oynayırdıq, bu isə Novak üçün bir qədər üstünlük yaratdı – top daha aşağı sıçrayırdı, daha düz idi və bu ona daha uyğundu. Burada, düşünürəm, günorta oynasaq, bu bizim üçün daha əlverişli olacaq”.

Qeyd edək ki, 2025-ci ildə Avstraliya Açıq turnirinin 1/4 finalında Cokoviç Alkarası 4:6, 6:4, 6:3, 6:4 hesabı ilə məğlub etmişdi.

Seçilən
1
90deqiqe.az

1Mənbələr