AZ

Daha bir mütəxəssir Özbəkistan millisini çalışdırmaqdan imtina edib

Özbəkistan millisinə rəhbərlik edəcəyi bildirilən portuqaliyalı mütəxəssis Paulu Bentu məsələ ilə bağlı yekun qərarını açıqlayıb.

Bu barədə İdman.biz Özbəkistan mediasına istinadən bildirir.

Məlumata görə, komandanın rəhbərliyi ilə 56 yaşlı çalışdırıcı arasında danışıqlar Daşkənddə baş tutub. Lakin ölkəsinə geri qayıdan Bentu təklifi qəbul etməmək qərarına gəlib.

Bundan əvvəl Almaniyanın təcrübəli futbol mütəxəssisi Yoahim Lövə də analoji təklif edilib. Lakin o da işdən imtina etməyi seçib.

Xatırladırıq ki, Paulu Bentunun son iş yeri BƏƏ millisi olub. Orada böyük inamla işə başlasa da, bu il martın 26-da tutduğu vəzifədən uzaqlaşdırılıb. O vaxtdan bəri mütəxəssis heç bir klub və ya komanda ilə müqavilə imzalamayıb və işsizdir.

Beləliklə, Özbəkistan millisinə hansı mütəxəssisin rəhbərlik edəcəyi ilə bağlı məsələ açıq qalır.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr