AZ

“Alkaras hər sahədə inkişaf edib”

Beşqat Böyük Dəbilqə qalibi ispan tennisçisi Karlos Alkarasın məşqçisi Xuan-Karlos Ferrero podopçusunun son illərdəki inkişafı barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, "ATP" Ferreronun dediklərini belə çatdırıb.

“Deyərdim ki, o, hər sahədə yaxşılaşıb. Yetkinlik baxımından əhəmiyyətli dərəcədə irəliləyiş var, psixoloji olaraq isə çətin vəziyyətlərdə necə daha yaxşı formada olmalı olduğunu daha aydın anlayır. Onun servisi və forehend vuruşları da xeyli güclənib.

Əgər oyunçu üç il ərzində heç bir inkişaf göstərməyibsə, demək məşqçi çox pisdir. Karlosun bacarıqları və inkişafı təəccüblüdür. Onun istənilən tələbi çox tez yerinə yetirməsi həm yaxşı, həm də pisdir, çünki bu, özünə həddindən artıq inam yarada bilər. Hər bir oyunçu kimi, onun maksimum dərəcədə diqqətli olması vacibdir”.

Seçilən
1
90deqiqe.az

1Mənbələr