AZ

Lotereyadan 10 milyon dollar qazandı

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Amerikanın İndiana ştatının sakini lotereyadan 10 milyon dollar qazanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 11 ildir müntəzəm lotereya bileti alan qadının şansı bu ilin avqustunda gətirib.

Məlum olub ki, qadın çalışdığı zavodların birindən bir müddət əvvəl işdən çıxarılıb. Şanslı amerikalı pulu zavodda dost olduğu dörd həmkarı ilə bölüşəcəyini bildirib.

“Keçmiş həmkarlar artıq mükafatla nə edəcəklərinə qərar veriblər. Bəziləri avtomobil, bəziləri ev almaq, bəziləri isə pulu əmanət hesabına yatırmaq istəyir”, - milyonçu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
4
qafqazinfo.az

5Mənbələr