Yay transfer pəncərəsi top liqalarda bağlanıb və “Barselona” artıq növbəti yay üçün heyətini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, klub iki əsas transfer hədəfi müəyyən edib.
2026-cı ildə kataloniyalılar 26 yaşlı müdafiəçi Alessandro Bastoni (“İnter”) və 25 yaşlı hücumçu Xulian Alvaresi (“Atletiko”) heyətinə qatmaq istəyir. Bu oyunçular üçün ümumilikdə 180 milyon avro ayrılıb – Bastoni üçün 80 milyon, Alvares üçün 100 milyon avro.
Qeyd edək ki, Hans-Diter Flikin komandası İspaniya çempionatının ilk üç turunda 7 xal toplayıb. Ötən həftəsonu “Barselona” səfərdə “Rayo Valyekano” ilə 1:1 hesablı heç-heçə edib.