“Napoli”nin müdafiəçisi Amir Rahmani klubla yeni müqavilə imzalamağa yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kosovo millisinin üzvü 2029-cu ilə qədər “Napoli”də qalacaq və illik maaşı 3 milyon avro olacaq.
Rahmani yayda İngiltərə Premyer Liqası klublarından iki və həmçinin, Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi rədd edib.
31 yaşlı futbolçu 2020-ci ildən “Napoli”nin formasını geyinir. O, cari mövsümdə İtaliya çempionatında iki oyuna çıxıb.
“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.