AZ

Kanadalı tennisçi ABŞ Açıq 2025-in yarımfinalına yüksəlib

Dünya reytinqində 27-ci sırada qərarlaşan kanadalı tennisçi Feliks Oje-Alyassim 2025-ci il ABŞ Açıq turnirinin yarımfinalına vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, 1/4 finalda o, avstraliyalı Aleks de Minor (8-ci yer) üzərində 4:6, 7:6 (9:7), 7:5, 7:6 (7:4) hesabı ilə qələbə əldə edib.

Oyun 4 saat 10 dəqiqə davam edib. 

Yarımfinalda Feliks Oje-Alyassim İtaliya tennisçiləri Yannik Sinner və Lorenzo Musetti arasında qalib gələn oyunçu ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ Açıq 2025-in kişilər arasında yarışları 24 avqustdan 6 sentyabra qədər keçirilir. Turnirin hazırkı qalibi Yannik Sinnerdir.

Seçilən
1
90deqiqe.az

1Mənbələr