AZ

Kasssam Tuqayları İsrailə qarşı əməliyyata başlayıb Musanın əsası

ain.az, Mia.az saytına istinadən bildirir.

HƏMAS hərəkatının Qəzza zolağındakı silahlı qanadı İzzəddin əl-Kassam Tuqayları Qəzza şəhərini tamamilə işğal etmək planını icraya yönəldən israilə qarşı açıq savaşa girdiklərini elan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma məlumat yayıb.

Bildirilib ki, "Musanın əsası" şərti adı verilən əməliyyatla döyüşçülər Qəzza zolağının şimalındakı Cibaliya şəhərində İsrail ordusunun hərbi texnika və maşınlarını hədəfə alıblar.

Yayımlanan görüntülərdə HƏMAS döyüşçüləri İsrailin "Gideonun Arabaları 2" əməliyyatına cavab olaraq "Musanın əsası" əməliyyatı çərçivəsində İsrail əsgərlərini daşıyan maşını partlatmaları, digər görüntüdə isə raketlərlə İsrail tanklarını vurmaları nümayiş olunub.

Görüntülərdə "Yasin" raketləri və avtomatik silahlarla İsraik əsgərləri ilə açıq döyüş səhnələri də yer alıb.

Kassam Tuqayları və İsrail ölən və yaralananlarla bağlı heç bir məlumat verməyib.

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
mia.az

1Mənbələr