AZ

Zaxarova Ukrayna ilə müharibənin başlamasına səbəb görün nəyi göstərdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrini Ukrayna ərazisində siyasi eksperimentlər aparmaqda ittiham edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Şərq İqtisadi Forumunda (EEF-2025) RT-yə verdiyi müsahibədə danışıb.

“Uzun illərdir ki, Ukrayna qanunlarına və Konstitusiyasına zidd olaraq bu ölkədə siyasi eksperimentlər aparılırdı. Ukrayna xalqının seçməli olduğu prezidentlər əslində NATO ölkələrinin ərazisindən ‘paraşütlə gətirilirdi”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, bu addımlar nəticəsində Ukrayna demokratik təsisatlardan məhrum olub və ölkənin təhlükəsizliyinə zəmanət verə biləcək sistemlər dağıdılıb. Eyni zamanda bu, Rusiya ilə konfliktin yaranmasına səbəb olub.

Diplomatik nümayəndə nümunə kimi ABŞ-ın keçmiş Prezidenti Co Baydenin Kiyevə səfərini xatırladıb. Zaxarova hesab edir ki, Qərbin bu cür hərəkətləri Ukraynada daxili siyasi proseslərə dərin xarici təsirin göstəricisidir.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr