AZ

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib

Cəlilabad, 4 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində baş verib. Yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub və alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Məlumata görə, yanğın baş verən evin sahibinin övladının ötən gün şadlıq saraylarından birində toy məclisi keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
azertag.az

1Mənbələr