AZ

Portuqaliyada funikulyor qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB

Bakı, 4 sentyabr, AZƏRTAC

Portuqaliyanın paytaxtı Lissabonda funikulyor qəzası nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

AZƏRTAC Portuqaliya mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 18 sərnişin xəsarət alıb. Zərərçəkənlər arasında əcnəbi turistlər də var.

Faciəyə görə sentyabrın 4-ü Portuqaliyada matəm elan edilib.

23:11

Portuqaliyanın paytaxtı Lissabonda funikulyor vaqonu relsdən çıxıb.

AZƏRTAC Portuqaliya mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində iyirmiyədək sərnişin xəsarət alıb, 3 nəfər həlak olub.

Yanğınsöndürmə xidməti ölü sayının artacağını istisna etmir. Bildirilir ki, qəza nəticəsində vaqon tam yararsız hala düşüb.

Seçilən
74
31
azertag.az

10Mənbələr