AZ

Portuqaliyada funikulyorun qəzaya uğraması nəticəsində ölənlərin sayı artdı

BAKI, 4 sentyabr. TELEQRAF

Lissabonda "Qloriya" funikulyorunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Daha 20 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Faciə ilə bağlı Portuqaliya paytaxtında üç günlük matəm elan edilib. Qəza yerində təcili yardım xidmətləri işləyir.

Xatırladaq ki, daha əvvəl funikulyor relsdən çıxması nəticəsində üç nəfərin öldüyü bildirilirdi.

Seçilən
31
teleqraf.com

1Mənbələr