Azərbaycanın potensiallı gənc döyüşçüsü Akif Quluzadə "ONE Championship"in aylıq döyüş seriyası olan "ONE Fight Night" turnirində rinqə çıxacaq.
Offsideplus.az xəbər verir ki, o, sentyabrın 4-də yüngül çəki kateqoriyasında tailandlı idmançı Jaosuyay ilə qarşılaşacaq.
20 yaşlı döyüşçümüz indiyədək "ONE Fight Night"da 4 qələbə qazanıb və peşəkar rekordunu 19-2-yə çatdırıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.